...

Azərbaycanda 580 kiloqrama yaxın istifadə müddəti bitmiş qida məhsulu müsadirə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2010 11:53 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında növbəti monitorinqlər zamanı 580 kiloqrama yaxın istifadə müddəti bitmiş məhsulu aşkar edərək satışdan çıxarıb və məhv edib. Bu barədə nazirliyin məlumatında bildirilir.
Azərbaycanda 580 kiloqrama yaxın istifadə müddəti bitmiş qida məhsulu müsadirə edilib

Azərbaycan, 9 aprel /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında növbəti monitorinqlər zamanı 580 kiloqrama yaxın istifadə müddəti bitmiş məhsulu aşkar edərək satışdan çıxarıb və məhv edib. Bu barədə nazirliyin məlumatında bildirilir.

Monitorinqlər Bakının Binəqədi, Nəsimi rayonlarında, həmçinin, Quba, Qazax, Gəncə və Ağstafa şəhərlərində keçirilib.

Mağazalardan istifadə müddəti bitmiş məhsullar - kolbasa, konservləşdirilmiş və qənnadı məmulatları, un məmulatları, yağ, süd və süd məhsulları, pivə, meyvə şirələri və sərinləşdirici içkilər götürülüb.

İstehlakçıların hüquqlarını pozan fiziki və hüquqi şəxslər barəsində inzibati xətalar haqqında protokollar tərtib edilib.

Xəbər lenti

Xəbər lenti