...

Azərbaycanın ipoteka bazarında yeni alətin tətbiq edilməsinə başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2010 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı yanında Azərbaycan İpoteka Fondu (AİF) xətti ilə banklar tərəfindən verilən ipoteka kreditlərinin keyfiyyəti yüksək səviyyədədir. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) idarə heyətinin sədri Elman Rüstəmov deyib.

"AMB AİF xətti ilə verilmiş ipoteka kreditlərinin monitorinqini aparır və monitorinqin nəticəsinə görə onların keyfiyyəti yüksək səviyyədədir", - Rüstəmov deyib.

Onun fikrincə, bu, AMB tərəfindən görülən prudensial tədbirlərin və Azərbaycan xalqının mentaliteti ilə izah olunur.

Ölkənin ipoteka bazarı üçün optimal qərarlar həmçinin tikinti-əmanət banklarının yaradılmasıdır və AMB bu sahədə işlərə başlayıb.

"Biz onların tətbiq edilməsinə ipoteka kreditləşməsinin alternativ variantı kimi deyil, pralel olaraq, ölkənin ipoteka bazarında tətbiq ediləcək yeni alət kimi nəzərdən keçiririk", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti