Azərbaycan, Bakı, 16 aprel /Trend/
Bakıdan Londona və əksinə uçuşlar İslandiyada baş verən vulkan püskürməsi ilə əlaqədar Britaniya Hava Limanında işlərin müvəqqəti dayandırılması səbəbindən təxirə salınıb. Belə ki, Avropanın üzərini böyük kül buludu bürüyüb. Bu barədə "Azərbaycan Hava Yolları" QSC məlumat verib.
Bu gün Bakı vaxtı ilə 12:25-də Bakı - London reysi Hitrou Hava Limanına yola düşməli idi; lakin, o ləğv edildi. Dünən 18:05-də Bakı - London reysi də həmçinin dayandırılıb.
AZAL-dan verilən məlumata əsasən, hələlik Bakı - Paris marşrutu üzrə reyslər ləğv edilməyib. Təyyarə saat 19:00-da Bakıdan uçmalıdır.
Lenta.ru-nun məlumatına əsasən, İslandiyada baş verən, tüstüsü Avropanın üzərini böyük bir bulud şəklində bürüyən vulkan ilə əlaqədar Air France aprelin 16-da cümə günü günün birinci yarısına planlaşdırılan Parisə və Parisdən bütün reyslər ləğv edilib. Bundan başqa, AFP məlumatına əsasən, Fransanın paytaxtında əsas hava limanları yerli vaxtla (Bakı vaxtı ilə saat 13:00) səhər saat 10-na kimi bağlanacaq.