Azərbaycan, Bakı, 17 mart /Trend/
Yanvar-fevral aylarında Azərbaycana təxminən 6 237 minik avtomobili idxal edilib ki, bu da ötən ilin analoji dövründəki göstəricidən 42,1 faiz azdır. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindən deyilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə yanvar-fevralda ölkəyə təxminən 50,6 milyon dollar dəyərində avtomobil gətirilib ki, bu da 2009-cu ilin anoloji dövrü ilə müqayisədə 27,1 faiz azdır.
Cari ilin yanvar-fevralında Azərbaycana 600 ədəd yük avtomobili gətirilib ki, bu da 2009-cu ilin analoji dövründəki göstəricidən 70,9 faiz azdır. Gətirilmş avtomobillərin ümumi dəyəri təxminən 15,4 milyon dollar təşkil edib ki, bu da ötən ildəki göstəriciyə nisbətən 41,2 faiz azdır.
Yanvar-fevralda həmçinin ölkəyə 168 avtobus idxal edilib ki, bu da 2009-cu ilin analoji dövründəki göstəricidən 2,3 faiz azdır.