...

"Azersun Holdinq" cari ildə 2 min ton yaşıl noxud məhsulları istehsal edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2010 11:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Azərbaycan bazarında yeganə yerli "yaşıl noxud" istehsalçısı olan "Natural Green Land" MMC-nin Biləsuvar Konserv Zavodunda mayın 20-dən etibarən bu ilin yeni mövsüm istehsalına başlayıb. Bu barədə "Azersun"un məlumatında deyilir.

"Azersun Holdinq" yaşıl noxud istehsalı üçün lazımi tədbirlərə 2007-ci ilin dekabr ayından başlayıb və hər il mərhələli əkin işləri həyata keçirilib. İstehsalda istifadə edilən bütün avadanlıqlar da ən son texnoloji nailiyyətlərdən hesab edilir. Zavodun ərazisi 3600 m2 təşkil edir. Zavodda məhsulun iki qəbul sahəsi (beton), 420 m2 əraziyə malik qazanxana, sahəsi 3080 m2 olan anbar və 800 m2 ərazisi olan emalatxana yerləşib.

2010 ildən etibarən əkin sahələrində 2 dəfədən çox genişlənmə olub (2007-ci il - 155 ha, 2010-cu il - 383 ha), 300 nəfər əməkdaş çalışır (2007-ci ildə 160 nəfər), istehsal prosesində 3 növbədən ibarət olan 130 nəfər işçi çalışmaqla günə 70 ton yaşıl noxud istehsal olunur. Hazırda "Saville", "Bizim Tarla", "Bostan" markaları altında yaşıl noxud məhsulları həm daxili - Azərbaycan bazarında, həm də xarici ölkələrdə, əsasən Rusiya, Gürcüstan, Qazaxıstan bazarlarında artım tendensiyası ilə realizə olunur.

"Natural Green Land" MMC-nin Biləsuvar Konserv Zavodunda cari il il mövsümündə "Saville", "Bizim Tarla", "Bostan" markaları altında 2 min ton yaşıl noxud məhsulları istehsalı nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti