...

Bakı çimərliklərində vaxtı keçmiş sərinləşdirici içkilərin satışı aşkar olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2010 13:06 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti sərinləşdirici içkilər və dondurmaların keyfiyyətinə nəzarət məqsədilə yoxlamaları davam etdirir.
Bakı çimərliklərində vaxtı keçmiş sərinləşdirici içkilərin satışı aşkar olunub

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti sərinləşdirici içkilər və dondurmaların keyfiyyətinə nəzarət məqsədilə yoxlamaları davam etdirir. Bu barədə nazirliyin məlumatında deyilir.

Yoxlamalar zamanı Şıx çimərliyi ərazisində fəaliyyət göstərən "Dostluq" restoranında və Novxanı çimərliyi ərazisində fəaliyyət göstərən "Sahil" kafesində saxlama müddəti ötmüş və etiketlənməsi normativ sənədlərin tələblərinə uyğun olmayan sərinləşdirici içkilər aşkar olunub, satışdan çıxarılaraq qanunamüvafiq qaydada məhv edilib.

Qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görüləcək.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara çimərliklərdə sərinləşdirici içkilər alarkən diqqətli olmağı tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti