...

Azərbaycanda sosial sığortalı şəxslərin sayı 6 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2010 15:22 (UTC +04:00)
Bu ilin 6 ayı ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu sistemi tərəfindən əlavə olaraq, 92 286 vətəndaşa fərdi şəxsi hesab açılıb, - bu barədə cümə axşamı fondun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.
Azərbaycanda sosial sığortalı şəxslərin sayı 6 faiz artıb

Аzərbaycan, Bakı, 1 iyul /Trend, müxbir Ü. İsmayılova/

Bu ilin 6 ayı ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu sistemi tərəfindən əlavə olaraq, 92 286 vətəndaşa fərdi şəxsi hesab açılıb, - bu barədə cümə axşamı fondun  ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

"İlin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində şəxsi hesabı olan sığortaolunanların sayı 5,6 faiz artıb.

Onun sözlərinə görə, iyulun 1-nə olan nəticələrə görə, ölkədə fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 732 215 nəfərə çatıb. Onlardan 956 293 nəfəri kişi, 775 922 nəfəri isə qadındır.

Göstərilən yaş kateqoriyalarına aid vətəndaşlar ümumi sığortaolunanların 460 989 nəfərini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 402 477, 30-40 yaşa kimi sığortaolunanlar 386 789, 50-60 yaşa kimi sığortaolunanlar 339 697, 60 yaşdan yuxarı sığortaolunanlar isə 142 263 nəfər təşkil edir.

Xatırladaq ki, fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 1 yanvar tarixdən tətbiq olunan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən "Dövlət sosial sığortalanma sistemində fərdi şəxsi hesab haqqında" qanunun qəbul olunması barədə fərman 2001-ci ilin dekabrında imzalanıb.

Xəbər lenti

Xəbər lenti