...

USAID Azərbaycan regionunda ÜTT-yə daxil olmağın özəl sektora təsiri mövzusunda seminar keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2010 20:50 (UTC +04:00)
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycanda ticarət və investisiyalara dəstək proqramı çərçivəsində iyulun 6-da Quba şəhərində "Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü və özəl sektor" mövzusunda seminar keçirib.
USAID Azərbaycan regionunda ÜTT-yə daxil olmağın özəl sektora təsiri mövzusunda seminar keçirib

Azərbaycan, Bakı, 6 iyul /Trend/

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycanda ticarət və investisiyalara dəstək proqramı çərçivəsində iyulun 6-da Quba şəhərində "Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü və özəl sektor" mövzusunda seminar keçirib. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.

Seminarda həm nazirliyin və müvafiq dövlət strukturlarının nümayəndələri, həm də sahibkarlar iştirak ediblər.

Nazirliyinin sahibkarlığın inkişafı şöbəsinin müdir müavini Elçin İbrahimov, ÜTT üzrə şöbə rəhbərinin müavini Xəzər Bəşirov və USAID nümayəndələri seminar iştirakçılarına Azərbaycanın ÜTT-yə daxil olması prosesinə təsirlər və burada sahibkarlığın rolu barədə məlumat veriblər.

USAID ticarət və investisiyalara dəstək proqramı iki komponentdən ibarətdir: Azərbaycanın ÜTT-yə daxil olmasına dəstək və ölkədə investisiya mühiti. Layihənin reallaşdırılması cari ilin payızında başa çatır.

Xəbər lenti

Xəbər lenti