...

Azərbaycanın qərb istiqamətində qatarların hərəkət qrafiki normallaşdırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2010 12:05 (UTC +04:00)
Enerji təchizatında yaranan problemlərlə əlaqədar olaraq Azərbaycanın qərb istiqamətində və əksinə qatarların pozulmuş hərəkət qrafiki normallaşdırılıb.
Azərbaycanın qərb istiqamətində qatarların hərəkət qrafiki normallaşdırılıb

Azərbaycan, Bakı, 17 iyul /Trend/

Enerji təchizatında yaranan problemlərlə əlaqədar olaraq Azərbaycanın qərb istiqamətində və əksinə qatarların pozulmuş hərəkət qrafiki normallaşdırılıb. Bunu şənbə günü "Azərbaycan Dəmir Yolları" QSC-nin sərnişin xidmətinin rəhbəri Əliyar Muradov deyib.

Onun sözlərinə görə, Ağstafa rayonunda problemlərə görə Ağstafa-Bakı və Böyük Kəsik-Bakı qatarlarının stansiyaya çatmasında 30-40 dəqiqə gecikmələr olub.

"Gecikmə halları daha çox ola bilərdi, lakin qatarlar sürət yığaraq minimum gecikmələrlə Bakıya çatıblar", - QSC nümayəndəsi deyib.

Xəbər lenti

Xəbər lenti