...

Azərbaycanda 317 kq saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2010 17:13 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən pərakəndə satış obyektlərindən ümumi çəkisi 317 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları satışdan çıxarılaraq məhv edilib
Azərbaycanda 317 kq saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılıb

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən pərakəndə satış obyektlərindən ümumi çəkisi 317 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları satışdan çıxarılaraq məhv edilib. Bu barədə nazirliyin bazar ertəsi yayılan məlumatında deyilir.

Satışdan qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. çıxarılaraq məhv edilib.

İstehlakçı hüquqlarının pozulması faktları Bakının Nərimanov, Binəqədi, Yasamal, Nəsimi rayonlarında, eləcə də Qazax, Ağstafa, Mingəçevir, Balakən şəhərlərində, Qusar və Daşkəsən rayonlarında aparılan monitorinqlər zamanı aşkarlanıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti