...

Noyabradək Azərbaycanda 16 taxıl anbarı istismara veriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Avqust 2010 15:06 (UTC +04:00)
2010-cu ilin sentyabr-oktyabr aylarında Azərbaycanda ümumi tutumu 208 min ton olan 9 taxıl anbarının istismara verilməsi planlaşdırılıb. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin cümə axşamı yayılan məlumatında deyilir.
Noyabradək Azərbaycanda 16 taxıl anbarı istismara veriləcək

Azərbaycan, Bakı, 12 avqust /Trend/

2010-cu ilin sentyabr-oktyabr aylarında Azərbaycanda ümumi tutumu 208 min ton olan 9 taxıl anbarının istismara verilməsi planlaşdırılıb. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin cümə axşamı yayılan məlumatında deyilir.

İndiyədək İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına regionlarda ümumi tutumu 266 min ton olan 16 taxıl anbarı kompleksi maliyyələşdirilib. Artıq ümumi tutumu 58 min ton olan 7 taxıl anbarı kompleksində tikinti-quraşdırma işləri başa çatdırılmış, anbarlar müasir avadanlıqlarla tam təchiz olunmuş və istifadə üçün hazır vəziyyətdədir.

Bu günlərdə Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti hesabına Beyləqan rayonunda "Beyləqan-Taxıl" ASC tərəfindən inşa edilmiş, ümumi tutumu 20 min ton olan taxıl anbarı kompleksi istifadəyə verilib. Sahibkarlığa Kömək Milli Fondu bu kompleksin tikintisinə 700 min manat ayrıb. Cəbhə rayonunda inşa edilmiş bu taxıl anbarı kompleksinə regionda, o cümlədən, cəbhə rayonlarında fəaliyyət göstərən fermerlərdən taxılın tədarükünə başlanılıb.

Xəbər lenti

Xəbər lenti