...

Azərbaycanın metallurgiya sənayesində istehsalın həcmi 27,4 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Avqust 2010 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir H.Vəliyev/

Yanvar-iyul ayları ərzində Azərbaycanın metallurgiya sənayesi və hazır metallar istehsalatı tərəfindən 99,3 milyon manat məbləğində məhsul istehsal edilib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Bu dövrdə metallurgiya sənayesində istehsalın həcmi 27,4 faiz artıb, hazır metal məhsulunun istehsal həcmi isə bir faiz azalıb.

Ötən dövr ərzində 72 min ton tökmə polad istehsal edilib ki, bu da ötən ilin müvafiq dövr göstəricisindən 2,3 dəfə çoxdur.

Armatur istehsalının həcmi 82,3 min ton olub ki, bu da ötən ilin yanvar-iyulundan 21,2 faiz çoxdur.

Qara metallardan hazırlanan naqil və kanatların istehsal həcmi 693,4 ton təşkil edib ki, bu da ötən ilin yanvar-iyulundan 5,4 dəfə çoxdur.

Tökmə çuqun istehsalı 771,6 ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövr göstəricisindən 27,4 faiz azdır.

Polad boru 72 min ton həcmində istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründən 2,3 dəfə çoxdur.

Qara metallardan hazırlanan yarımfabrikatların istehsal həcmi altı ayın yekunlarına əsasən, 59,1 min ton təşkil edib (25,6 milyon dollar məbləğində) ki, bu da ötən ilin müvafiq dövr göstəricisindən 16,3 dəfə çoxdur (pula çevirdikdə, təxminən, 18,6 dəfə).

Qara metallardan hazırlanan günyə və şvellerlərin həcmi yanvar-iyulda 21,9 min ton olub ki (10 milyon dollar məbləğində), bu da 2009-cu ilin müvafiq dövr göstəricisindən 25,3 faiz (məbləğdə 24,8 faiz çox) çoxdur.

Yanvar-iyulda qara metallardan hazırlanan boruların ixracı 17,1 min tondan çox olub ki (14,6 milyon dollar məbləğdə), bu da ötən ilin müvafiq dövr göstəricisindən 7,4 dəfədən çoxdur.

Xəbər lenti

Xəbər lenti