...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Avqust 2010 12:26 (UTC +04:00)
Ötən həftənin yekunlarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın rəsmi məzənnəsi ABŞ dollarına nisbətdə 0,0002 bənd (0,2 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə 1 ABŞ dolları üçün 0,80378 manat müəyyən edilib.
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan, Bakı, 30 avqust / Trend , müxbir N.İsmayılova/

Ötən həftənin yekunlarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın rəsmi məzənnəsi ABŞ dollarına nisbətdə 0,0002 bənd (0,2 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə 1 ABŞ dolları üçün 0,80378 manat müəyyən edilib.

Dolların manata nisbətdə maksimum məzənnəsi avqustun 24-də 1 ABŞ dolları üçün 0,8039 manat səviyyəsində müəyyən edilib, minimal məzənnə isə avqustun 26 və 27-də 0,8037 manat səviyyəsində müəyyən edilib.

Manatın ABŞ dollarına nisbətdə məzənnəsi

16 avqust

0,8038

23 avqust

0,8038

17 avqust

0,8038

24 avqust

0,8039

18 avqust

0,8038

25 avqust

0,8038

19 avqust

0,8038

26 avqust

0,8037

20 avqust

0,8038

27 avqust

0,8037

Həftə ərzində orta kurs

0,8036

Həftə ərzində orta kurs

0,80378

Həftə yekunlarına görə, Bakı banklararası valyuta birjasındakı alış-veriş nəticəsində manatın dollara nisbətdə birja məzənnəsi 0,00014 bənd (0,01 faiz) möhkəmlənib. 1 ABŞ dolları üçün orta məzənnə 0,80388 manat müəyyən edilib.

Həftə ərzində BEST-də həmin günü valyutalaşdırmaqla müqavilələr bağlanıb (T+0): avqustun 23-də $1,973 mln 0,8039 AZN/USD məzənnəsi ilə, 24-də $1,973 mln 0,8035 AZN/USD məzənnəsi ilə, 25-də $2,032 mln 0,8039 AZN/USD məzənnəsi ilə, 26-da əqdlər qeydə alınmayıb və məzənnə 0,8039 AZN/USD ilə əvvəlki günün səviyyəsində qalıb və avqustun 27-də $7,349 mln 0,8038 AZN/USD məzənnəsi ilə.

Manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi

16 avqust

0,8038

23 avqust

0,8039

17 avqust

0,8035

24 avqust

0,8039

18 avqust

0,8035

25 avqust

0,8039

19 avqust

0,8039

26 avqust

0,8039

20 avqust

0,8039

27 avqust

0,8038

Həftə ərzində orta kurs

0,80372

Həftə ərzində orta kurs

0,8038,8

USD/AZN T+1 и T+2 üzrə dilerlər tərəfindən tələbatın olmaması səbəbindən müqavilələr imzalanmayıb. RUB/AZN və EUR/AZN üzrə ərizələr BEST banklar tərəfindən təqdim edilməyib.

Özəlləşdirmə çeklərinin qiyməti əvvəlki səviyyədə qalıb: alış - 5 manat, satış - 6 manat. Azərbaycan Prezidenti İlham Əliyevin dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadə prosesinin təmin edilməsi üzrə əlavə tədbirlər haqqında fərmanına uyğun olaraq, onların istifadə müddəti daha 1 il, 2011-ci il yanvarın 1-dək uzadılıb. Belə qərar bu gün dövriyyədən çeklərin, təxminən, 80 faizinin çıxarılması ilə əlaqədardır.Hazırda dövriyyəyə buraxılmış çeklərin 80 faizi dövriyyədən çıxarılıb. İstisna edilmir ki, onların dövriyyə müddətinin bitməsinə qədər dövriyyədən çıxarılmış çeklərin miqdarı 90 faiz təşkil edəcək. Özəlləşdirmə prosesində çeklərin iştirak etdiyi digər ölkələrin təcrübəsini nəzərə alsaq, hökumət onların fəaliyyət müddətini uzatmayacaq və dövriyyədə çıxarılmamış çeklərin bir qismi qalacaq.

Xəbər lenti

Xəbər lenti