...

Andria Uruşadze Gürcüstanın əmək, səhiyyə və sosial müdafiə naziri təyin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2010 17:54 (UTC +04:00)
Gürcüstanın əmək, səhiyyə və sosial müdafiə naziri vəzifəsinə Andria Uruşadze təyin olunub. Bu gün Dövlət Dəftərxanasında Baş nazir Nika Qiluari onu təqdim edib.
Andria Uruşadze Gürcüstanın əmək, səhiyyə və sosial müdafiə naziri təyin olunub

Gürcüstan, Tbilisi, 10 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın əmək, səhiyyə və sosial müdafiə naziri vəzifəsinə Andria Uruşadze təyin olunub. Bu gün Dövlət Dəftərxanasında Baş nazir Nika Qiluari onu təqdim edib.

Baş nazirin sözlərinə görə, səhiyyə naziri vəzifəsinə bir neçə nəfər namizədliyini təqdim edib, yekunda isə Andria Uruşadzenin namizədliyi üzərində dayanılıb. O, avqustun 13-də nazir müavini vəzifəsinə təyin olunmuşu.

Bu təyinata qədər o, üç il Sosial Xidmət Agentliyinə rəhbərlik edib.

Baş nazirin bəyan etdiyi kimi, məhz Uruşadzenin dövründə sosial müdafiəsiz insanların bazası yaradılmışdı. "İndi isə nazir əvvəlcədən planlaşdırılmış layihələri davam etdirməlidir ki, onların arasında qospital sektorunun inkişafı və yeni xəstəxanaların inşası, həkimlərin hazırlığı və sığorta sahəsinin inkişafını göstərmək olar", - Qiluari deyib.

Yeni nazir bəyan edib ki, nazirliyin əməkdaşlarını yaxşı tanıyır və kadr dəyişikliyi etmək niyyətində deyil. "Bu mənim üçün böyük məsuliyyətdir və ümid edirəm ki, üzərimə düşən vəzifənin öhdəsindən gələcəyəm", - o deyib.

Hazırda İvan Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru olan Aleksandr Kvitaşvili nazir vəzifəsini tərk etdikdən sonra onun yeri boş qalmışdı.

Xəbər lenti

Xəbər lenti