...

Azərbaycan bankı "Texnikabank" A.M.A.Y. şirkətinin direktorunun ittihamlarını təkzib edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2010 16:30 (UTC +04:00)
"Texnikabank" ASC sentyabrın 20-də keçirilmiş mətbuat konfransında A.M.A.Y. şirkətinin direktoru Abdulla Abdullayevin dövlət orqanları, bank sektoru və bankların ünvanına səsləndirdiyi ittihamları təkzib edir.
Azərbaycan bankı "Texnikabank" A.M.A.Y. şirkətinin direktorunun ittihamlarını təkzib edir

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

"Texnikabank" ASC sentyabrın 20-də keçirilmiş mətbuat konfransında A.M.A.Y. şirkətinin direktoru Abdulla Abdullayevin dövlət orqanları, bank sektoru və bankların ünvanına səsləndirdiyi ittihamları təkzib edir.

"Abdulla Abdullayev bu məsuliyyətsiz bəyanatları öz öhdəliklərini yerinə yetirməkdən yayınmaq məqsədilə edib. Həqiqətən də "Birlikbank" ASC və A.M.A.Y. şirkəti ilə bağlı bir çox digər firmaların "Texnikabank"a kredit borcları var. Bu kreditlərin müddətinin dəfələrlə uzadılmasına baxmayaraq, kredit və faizlər ödənilməyib", - məlumatda deyilir.

Məlumata əsasən, korporativ idarəetmə standartlarını tətbiq etməmə və banklardan götürülən kreditlərə etinasız yanaşma nəticəsində A.M.A.Y. şirkəti hökumət, banklar və bir sıra təşkilatlar qarşısında öz öhdəliklərini yerinə yetirə bilməyib.

"Texnikabank" ASC bütünlüklə mövcud qanunvericilik, Azərbaycan Mərkəzi Bankının kreditlərin verilməsi haqqında qaydalara və kreditlərin verilməsində daxili prosedur qaydalarına əməl edib", - məlumatda deyilir.

Məlumatda deyildiyi kimi, bank Abdullayevə məxsus zavodun qiymətləndirilməsini aparmayıb və onu girov kimi nəzərdə tutmayıb.

"Bankın zavoda heç bir iddiası yoxdur", - məlumatda deyilir.

Abdullayevin iddialarına görə, kredit ehtiyatları Çin və İran kimi xarici ölkələrə təyinatsız olaraq kapital kimi qoyulub ki, bu da hazırkı problemlərə gətirib çıxarıb.

Məlumata əsasən, bank Abdullayevə əməkdaşları ilə birgə aktivləri və şirkətin əmlakını bazar qiymətləri üzrə qiymətləndirməyi, dövlət və banklar qarşısında öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün onların satışını həyata keçirməyi məsləhət görür.

"Ölkənin bank sektorunun möhkəmliyini təmin etmək məqsədilə hər bir kreditin vaxtında qaytarılması üçün hər bir bank hüquqi əsaslarla Azərbaycan qanunvericiliyinə əməl edərək müvafiq tədbirlər görmək imkanına malikdir", - "Texnikabank"dan verilən məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti