...

Azərbaycan iqtisadiyyatı inkişaf üçün mühərrik kimidir - Böyük Britaniyanın dövlət naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2010 17:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Y.Ostapenko/

Bu günə Böyük Britaniya və Azərbaycan arasında ticarət və investisiya yüksək templərlə inkişaf edir. Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Devid Lidinqton Azərbaycan Dillər Universitetində "Azərbaycanın Avropadakı rolu" mövzusunda nitq söyləyərkən deyib.

Onun sözlərinə görə, Britaniya şirkətləri Azərbaycanda böyük investorlardır və Azərbaycan şirkətləri Britaniya iqtisadiyyatına investisiyalar yatırırlar.

"Belə tərəfdaşlığın ümumi faydası göz önündədir: iqtisadi böhrandan qlobal çıxış kövrək olduğu bir dövrdə, Azərbaycan iqtisadiyyatı kimi belə çevik iqtisadiyyat inkişaf üçün mühərrik kimidir", - Lidinqton qeyd edib.

Bu, dövlət nazirinin Azərbaycana ilk səfəri olub.

"Buna baxmayaraq, mən Böyük Britaniya və Azərbaycanın işgüzar və tərəfdaşlıq münasibətlərinin uzun illər davam etməsindən xəbərdaram. Hesab edilir ki, ilk britaniyalı iş adamı Azərbaycana 500 il bundan əvvəl gəlib. Yaranan əməkdaşlığın əsası ticarət olub", - Lidinqton qeyd edib.

Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Devid Lidinqton Azərbaycana rəsmi səfərə çərşənbə günü gəlib. Onun səfəri cümə gününədək davam edəcək.

Onun səfərinin məqsədi ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, Britaniya və Azərbaycan iş adamlarının əməkdaşlığının inkişaf etdirilməsidir.

Dövlət nazirini Britaniyanın iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edir. Səfər zamanı Lidinqtonun Azərbaycanın aparıcı şirkətləri ilə görüşü planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti