...

Azərbaycan və Avstriya iqtisadiyyatın bəzi sahələrində əməkdaşlığın statusunu müəyyən edən protokol imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2010 18:10 (UTC +04:00)
Bakıda keçirilən iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Avstriya hökumətlərarası komissiyanın altıncı iclasının yekunları üzrə Azərbaycan və Avstriya iqtisadiyyatın bəzi sahələrində əməkdaşlığın statusunu müəyyən edən protkol imzalayıblar.
Azərbaycan və Avstriya iqtisadiyyatın bəzi sahələrində əməkdaşlığın statusunu müəyyən edən protokol imzalayıblar

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir H.Vəliyev/

Bakıda keçirilən iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Avstriya hökumətlərarası komissiyanın altıncı iclasının yekunları üzrə Azərbaycan və Avstriya iqtisadiyyatın bəzi sahələrində əməkdaşlığın statusunu müəyyən edən protokol imzalayıblar.

Protokolda sənaye, enegetika, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, turizm, tikinti, səhiyyə, maliyyə və bank, informasiya-kommunikasiya texnologiyaları, idman və s. sahələrdə əməkdaşlıq haqqında ilkin sazişlər öz əksini tapıb.

Azərbaycan tərəfdən protokolu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Avstriya tərəfdən iqtisadiyyat, ailə və gənclər federal nazirinin müavini Yozef Mayer imzalayıblar.

Xəbər lenti

Xəbər lenti