...

Azərbaycan nəqliyyatın intellektual idarəetmə sistemini qəbul edən ölkələrin beynəlxalq konqresində iştirak edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2010 11:41 (UTC +04:00)
Azərbaycan Nəqliyyat Nazirliyi Koreyanın Pusan şəhərində keçiriləcək nəqliyyatın intellektual idarəetmə sistemini qəbul edən ölkələrin 17-ci beynəlxalq konqresində iştirak edir. Bu barədə nazirliyin bazar ertəsi yaydığı məlumatda deyilir. Konqres oktyabrın 25-dən 29-dək keçiriləcək.
Azərbaycan nəqliyyatın intellektual idarəetmə sistemini qəbul edən ölkələrin beynəlxalq konqresində iştirak edir

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Azərbaycan Nəqliyyat Nazirliyi Koreyanın Pusan şəhərində keçiriləcək nəqliyyatın intellektual idarəetmə sistemini qəbul edən ölkələrin 17-ci beynəlxalq konqresində iştirak edir. Bu barədə nazirliyin bazar ertəsi yaydığı məlumatda deyilir. Konqres oktyabrın 25-dən 29-dək keçiriləcək.

Məlumatda deyildiyi kimi, forumda nazirliyi nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin başçısı, Bakı şəhərində nəqliyyatın intellektual idarəetmə sistemi üzrə layihənin rəhbəri Sədrəddin Məmmədov təmsil edir.

Konqres çərçivəsində təşkil olunan sərgidə Bakıda həyata keçirilən layihə Azərbaycan üçün ayrılmış pavilyonda nümayiş olunacaq.

Azərbaycanda nəqliyyatın intellektual idarə olunması sisteminin yaradılması prosesi gələn il fevralın sonunda başa çatacaq. Sistem Bakıda sərnişin nəqliyyatının nizamlanması və idarə edilməsi məqsədilə yaradılır. İntellektual idarəetmə mərkəzinin tikintisi üzrə işlərin bu ilin sonunda başa çatdırılması planlaşdırılır. Mərkəzin tikintisinə keçən il başlanılıb.

Layihənin dəyəri 77 milyon dollara yaxındır.

Sistem çərçivəsində avtobus dayanacaqları üçün 639-a yaxın, taksilər üçün 140 meydanın yaradılması planlaşdırılır. Artıq 375 yeni dayanacaq yaradılıb, daha 289 dayanacağın yaradılması nəzərdə tutulur. Eləcə də 42 dayanacağın yerinin dəyişdirilməsi planlaşdırılıb ki, onlardan 10-u ləğv olunacaq. Bu işlər yol polisi və intellektual sistemin yaradılması prosesində iştirak edən koreyalı mütəxəssislərlə birgə aparılır.

Bakıda intellektual sistemin yaradılması çərçivəsində yenitipli 450-yə yaxın avtobus dayanacağı yaradılacaq ki, burada elektron tablo yerləşdiriləcək. Bu da nəqliyyatın hərəkətini və avtobusların marşrutlarını müşahidə etməyə (peyk vasitəsilə) imkan verəcək. Həmçinin, dayanacaqlarda quraşdırılan tablolar və kameralar vasitəsilə dayanacaqların yerləşdikləri məkanın effektivliyinin, onun zəruriliyinin və əhali tərəfindən istifadə olunmasının monitorinqi keçiriləcək. İntellektual sistem elektrontipli 150-yə yaxın yeni işıqforun yerləşdirilməsini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti