...

Azərbaycan bankı "DəmirBank"ın aktivləri il ərzində 19 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2010 11:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

2010-cu il oktyabrın 1-də "DəmirBank"ın aktivləri 299,6 mln manat təşkil edib; bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 48,6 mln manat və ya 19,4% çoxdur. Bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 35,3 mln manat və ya 19,2% artaraq 219,7 mln manatı keçib.

Bankda müştəri depozitlərinin həcmi 2010-cu il oktyabrın 1-də 97,8 mln manat olub. Əhalinin əmanətlərinin həcmi həmin dövrdə 80,4 mln manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 27,9% və ya 17,6 mln manat çoxdur.

Bankın nizamnamə kapitalı 2010-cu il oktyabrın 1-də 19 mln manat, məcmu kapitalı isə 48,8 mln manat olub.

Ölkənin ilk banklarından olan "DəmirBank" (əvvəlki adı "Azərdəmiryolbank") 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Oktyabrın 25-nə rəsmi məzənnə 0,8009 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti