...

Azərbaycan Milli Depozit Mərkəzinin nümayəndələri qiymətli kağızlar bazarının inkişafı sahəsində Koreya təcrübəsi ilə tanış olublar

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2010 15:35 (UTC +04:00)
Oktyabrın 14-dən 30-na qədər Azərbaycan Dövlət Qiymətli Kağızlar Komitəsi (QKDK) yanında Milli Depozit Mərkəzinin (MDM) nümayəndələri Cənubi Koreyanın paytaxtı Seulda keçirilən "Qiymətli kağızlar bazarının inkişafı" adlı treninqdə iştirak ediblər. Bu barədə cümə axşamı MDM-dən məlumat verilib.
Azərbaycan Milli Depozit Mərkəzinin nümayəndələri qiymətli kağızlar bazarının inkişafı sahəsində Koreya təcrübəsi ilə tanış olublar

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Oktyabrın 14-dən 30-na qədər Azərbaycan Dövlət Qiymətli Kağızlar Komitəsi (QKDK) yanında Milli Depozit Mərkəzinin (MDM) nümayəndələri Cənubi Koreyanın paytaxtı Seulda keçirilən "Qiymətli kağızlar bazarının inkişafı" adlı treninqdə iştirak ediblər. Bu barədə cümə axşamı MDM-dən məlumat verilib.

Treninq Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) və Koreya Qiymətli Kağızlar Depozitarı tərəfindən hazırlanıb və keçirilib. Treninq proqramı Cənubi Koreya qiymətli kağızlar bazarının inkişafı, strukturu və funksiyası, bu sahədə qanunvericilik məsələlərini əhatə edib. Treninqin sonunda hər iştirakçıya sertifikat verilib.

MDM 1997-ci il sentyabrın 18-də yaradılıb. Səhm paketinin təsisatçısı və mülkiyyətçisi Azərbaycan Dövlət Əmlak Komitəsidir. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaradılmasından sonra MDM onun ixtiyarına verilib. Bununla əlaqədar olaraq MDM QKDK tərəfindən 1999-cu ilin 8 sentyabrında yenidən yaradılıb və 1999-cu il sentyabrın 17-də dövlət qeydiyyatından keçib.

Xəbər lenti

Xəbər lenti