Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir S.Əliyev/
"Türk hava yolları" aviaşirkəti Bakı-İstanbul reysinə yeni Airbus-A330 təyyarəsini buraxmağı planlaşdırır. Bu barədə çərşənbə axşamı şirkətin Bakı ofisinin satış meneceri Mehmet Akkaya deyib.
Airbus-A330 təyyarəsi orta və uzaq məsafələr üçün nəzərdə tutulub. Təyyarədə oturacaqların sayı 253-295-dir (modifikasiyadan asılı olaraq).
Akkayanın sözlərinə görə, hazırda "Türk hava yolları"nın təyyarəsi hər gün İstanbuldan Bakıya və əks istiqamətdə uçur (gündə üç dəfə).
O bildirib ki, gələcəkdə reyslərin açılması və digər istiqamətlər üzrə məsələlərə baxıla bilər.