...

Antiinhisar Xidməti 1,6 ton süd məhsullarının satışını dayandırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2010 17:52 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti süd məhsullarının istehsalı və satışının yoxlanması üzrə monitorinqlər keçirib.
Antiinhisar Xidməti 1,6 ton süd məhsullarının satışını dayandırıb

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir A.Bədəlova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti süd məhsullarının istehsalı və satışının yoxlanması üzrə monitorinqlər keçirib. Bu barədə nazirliyin bazar ertəsi yaydığı məlumatda deyilir.

Yoxlamalar zamanı "Kaspian Prodakşn Layn" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı yağlılığı 15% və 25% olan xama, yağlılığı 18% olan kəsmiyin uyğunluq sertifikatı olmadan istehsal edildiyi, qatıq, dovğa, qazlaşdırılmamış ayran və yağlılığı 10% olan xamanın üzərində yararlılıq müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, həmçinin süd məhsullarının reseptura olmadan istehsal edildiyi müəyyən edilib.

Yoxlama zamanı həmçinin müəssisədə istehsal olunan dovğa, pəhriz kəsmiyi və yağlılığı 15% olan xamanın üzərində istehsal tarixinin düzgün göstərilmədiyi (faktiki istehsal tarixindən sonrakı gün göstərilib), pəhriz kəsmiyinin qablaşdırılmasında istifadə olunan bükmə materiallarının uyğunluq və gigiyenik sertifikatının olmadığı aşkar edilib.

Qanun pozuntuları ilə əlaqədar müəssisənin anbarında satışı dayandırılmış 1,6 ton süd məhsullarından nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Xəbər lenti

Xəbər lenti