Azərbaycan, Bakı, 13 dekabr /Trend/
Bazar ertəsi ölkənin Mərkəzi Bankı yanında fəliyyət göstərən Azərbaycan İpoteka Fondu (AİF) Bakı Fond Birjasında faizli sənədsiz təmin edilməmiş istiqrazlarının 5 milyon manatlıq son hissəsini yerləşdirib. Bu barədə birjanın bazar ertəsi yaydığı məlumatda deyilir.
İpoteka istiqrazlarının emissiyalarının ümumi həcmi 75 milyon manat təşkil edib.
Bu emissiyadan olan ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə son hərraca dörd investor tərəfindən sifarişlər nominal üzrə 8 072 000 manat təşkil edib.
Sifarişlər cari qiymət üzrə 103,1992 faizlə təqdim edilib.
Hərraca çıxarılan istiqrazların ümumi həcmi tam yerləşdirilib.
İstiqraz vərəqələrinin ödənmə tarixi 11 dekabr 2019-cu ildir.
Ümumiyyətlə emissiya üzrə sifarişlərin məbləği hərraca təklif olunan həcmi (75 mln. manat) xeyli üstələyərək 120 mln. manat təşkil edib ki, bu da potensial investorlar tərəfindən Azərbaycan İpoteka Fondunun istiqrazlarına böyük marağın olmasının açıq göstəricisidir.
AİF noyabrın 19-da Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Fondun 60 milyon manat məbləğində təmin edilmiş istiqrazlarının emissiya prospekti qeydiyyata alınıb və ipoteka bazarında mövcud tələbə uyğun olaraq bu istiqrazların da yerləşdirilməsinə davam etdiriləcək.