...

Azərbaycanda 200 kiloqramdan çox keyfiyyətsiz süd məhsulları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2010 19:18 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan yoxlama zamanı süd məhsullarının qablaşdırılmasında istifadə olunan bükmə materiallarının müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib.
Azərbaycanda 200 kiloqramdan çox keyfiyyətsiz süd məhsulları məhv edilib

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri Nərimanov rayonunda Gülbala Qasımzadəyə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı yağlılığı 20 faiz olan xamanın, yağlılığı 9 faiz olan yarımyağlı kəsmiyin və pəhriz kəsmiyinin üzərində yararlılıq müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, süd məhsullarının qablaşdırılmasında istifadə olunan bükmə materiallarının müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib. Bu barədə nazirliyin bazar ertəsi yaydığı məlumatda deyilir.

Qanun pozuntuları ilə əlaqədar müəssisənin anbarında satışı dayandırılmış 201,5 kq süd məhsullarından nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində müəssisədə istehsal edilmiş yağlılığı 20 faiz olan xamanın tərkibində bağırsaq çöpü qrupundan olan bakteriyalar (koliformlar) aşkar edilib. Eyni zamanda, pəhriz kəsmiyinin tərkibində yağın olması (pəhriz kəsmiyinin tərkibində yağ olmamalıdır), yağlılığı 9% olan yarımyağlı kəsmiyin yağlılığının normadan çox, yağlılığı 20 faiz olan xamanın yağlılığının isə normadan az olduğu müəyyən olunub.

Aşkar edilmiş pozuntularla əlaqədar, süd məhsullarının satışının təxirə salınmadan dayandırılması və insan orqanizmi üçün təhlükəli olan 201,5 kq süd məhsullarının məhv edilməsi barədə göstəriş verib.

İş üzrə araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti