...

Türkiyə ardıcıl ikinci dəfə Azərbaycanın "AITF" sərgisində tərəfdaş ölkə kimi çıxış edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2011 16:02 (UTC +04:00)
"AITF 2011" - Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin tərəfdaş ölkəsi müəyyən edilib. Artıq ikinci ildir ki, bu ada Türkiyə layiq görülür. Trend-in məlumatına görə, bu barədə "İTECA Caspian" şirkətinin çərşənbə günü yaydığı məlumatda deyilir.
Türkiyə ardıcıl ikinci dəfə Azərbaycanın "AITF" sərgisində tərəfdaş ölkə kimi çıxış edəcək

Azərbaycan, Bakı, 2 fevral /Trend/

"AITF 2011" - Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin tərəfdaş ölkəsi müəyyən edilib. Artıq ikinci ildir ki, bu ada Türkiyə layiq görülür. Trend-in məlumatına görə, bu barədə "İTECA Caspian" şirkətinin çərşənbə günü yaydığı məlumatda deyilir.

Ənənəvi olaraq, sərgidə Türkiyənin turizm potensialı və ölkənin koloriti milli stenddə təqdim ediləcək. Bundan əlavə, "AITF 2011" iştirakçılarının siyahısına Türkiyənin daha iki iri turizm operatoru da daxildir.

"AITF 2011" sərgisi aprel ayının 28-dən 30-dək keçiriləcək və sərgidə dünyanın müxtəlif yerlərindən 200-dən çox şirkətin iştirak edəcəyi gözlənilir. İlk dəfə olaraq, sərgi "Bakı Ekspo" mərkəzində təşkil olunacaq. Ötən ilki sərginin uğuru bu il də uğurlu artım dinamikasını proqnozlaşdırmağa imkan verir. "AITF" sərgisinin nailiyyətlərindən biri də odur ki, 2010-cu ildə keçirilmiş sərginin iştirakçıları olan bütün milli qruplar artıq bir il öncədən "AITF 2011" sərgisində iştirak edəcəklərini təsdiqləyiblər. Belə ki, sərgidə Yunanıstan, Gürcüstan, Hindistan, Mavriki adaları, Malayziya, Türkiyə və Çexiyanın milli stendləri iştirak edəcək.

Bu il "AITF" sərgisi öz yubileyini qeyd edir və onun bu onillik yubileyə gözəl nəticələrlə yaxınlaşması və Azərbaycanın bütün turizm sektorunun artan göstəricilərini əks etdirməsi xüsusi ilə simvolik bir faktdır. Yubiley ilə əlaqədar olaraq, təşkilatçılar xüsusi proqram hazırlayıblar.

Xəbər lenti

Xəbər lenti