...

"BakuTel 2011" sərgisi Azərbaycanda rabitə sahəsinin 130 illik yubileyinə həsr ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2011 18:30 (UTC +04:00)
"BakuTel-2011" 17-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya sərgisi çərçivəsində “Telekommunikasiyalar və informasiya texnologiyaları ” konfransı keçiriləəck. Bu barədə sərgi təşkilatçısı “İteca Capian” şirkətinin məlumatında deyilir.
"BakuTel 2011" sərgisi Azərbaycanda rabitə sahəsinin 130 illik yubileyinə həsr ediləcək

Azərbaycan, Bakı, 4 fevral/Trend, müxbir H.Vəliyev/

"BakuTel-2011" 17-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya sərgisi çərçivəsində "Telekommunikasiyalar və informasiya texnologiyaları " konfransı keçiriləcək. Bu barədə sərgi təşkilatçısı "İteca Capian" şirkətinin məlumatında deyilir.

"BakuTel-2011" sərgisi noyabrın 23-26-da "Bakı Ekspo-Mərkəzi"ndə keçiriləcək. Sahənin aktual məsələlərinə toxunulacaq konfrans noyabrın 24-də Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüsü ilə baş tutacaq.

Cari ildə illik "BakuTel" sərgisinin keçirilmə tarixi Azərbaycanda rabitə sahəsinin 130 illik yubileyinə həsr ediləcək. "BakuTel" çərçivəsində sərgi ziyarətçilər üçün bu əlamətdar yubiley münasibətilə işgüzar proqram və xüsusi tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Sərginin ayrılmaz hissəsi geniş işgüzar ünsiyyəti nəzərdə tutan geniş işgüzar proqram, forum, seminar və təqdimatların keçirilməsi olacaq. Konfransın işində sahə nazirliklərinin nümayəndələri, xarici qonaqlar və ekspertlər iştirak edəcəklər. Konfransda məruzə ilə aparıcı beynəlxalq və yerli təşkilatların nümayəndələri çıxış edəcəklər. Onlar təcrübələrini bölüşəcək və həyata keçiriləcək layihələr haqda danışacaqlar.

Aparıcı beynəlxalq və yerli şirkətlər 4 gün ərzində ziyarətçilərin diqqətinə aşağıdakı sahələrdə nailiyyətləri təqdim edəcəklər:

Telekommunikasiyalar və şəbəkə, genişzolaqlı rabitə və texnologiyalar, kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyalar, avadanlıq və teleradio yayımları texnologiyaları, proqram təminatı və avtomatlaşdırma sistemi, İT və ofis texnologiyaları, təhlükəsizlik sistemləri, bank texnologiyaları və xidmətlər.

Bu il BakuTel sərgisi ziyarətçilərin qarşısına ITE Group Plc şirkətinin müxtəlif ölkələrdə telekommunikasiya sərgilərinin miqyaslı rebrendinqi olan yenilənmiş korporativ loqotiplə çıxacaq.

Xəbər lenti

Xəbər lenti