Azərbaycan, Bakı, 11 fevral/Trend/
Azərbaycan sığorta bazarının lider şirkətlərindən biri - "Atəşgah" SŞ "Avtonəqliyyat vasitələrinin sığortası" çərçivəsində hazırladığı "Arxayın sürücü" sabit avtomobil sığortası paketi üzrə ilk sığorta ödənişini həyata keçirib. Sığorta ödənişinin məbləği 4 000 AZN (dörd min manat) təşkil edib.
Xatırladaq ki, "Arxayın sürücü" Atəşgah SŞ-nin müştərilərinə təklif etdiyi üç ("Arxayın Sürücü", "Arxayın Sakin" və "Arxayın Valideyn") xüsusi sığorta məhsulundan biridir.
Bu sığorta məhsulu üzrə müştəri öz nəqliyyat vasitəsini aşağıdakı risklərdən sığortalayır:
Bütün növ yol-nəqliyyat hadisələri
Yanğın və öz-özünə alışma
Təbii fəlakət nəticəsində dəyən ziyan
Oğurluq, qaçırma, dələduzluq, soyğunçuluq və bunların nəticəsində dəyən itki
Üçüncü şəxslərin qərəzli və qanuna zidd hərəkətləri
Daş və digər əşyalarla avtomobilin zədələnməsi
Şüşələrin zədələnməsi
"Arxayın sürücü" məhsulunun əsas üstünlüklərindən biri onun asan və qısa zaman ərzində müştəriyə təqdim edilməsidir. Seçimindən asılı olaraq müştəri 159 AZN və ya 135 AZN ödəməklə cəmi 15 dəqiqə ərzində "Arxayın Sürücü" paketini əldə edə bilər. Bu məhsul üzrə sığorta məbləği 4 000 AZN və ya 2 500 AZN təşkil edir.
Müştəri "Arxayın Sürücü" sığorta məhsulunu sadəcə olaraq, şirkətin 940 saylı telefon xidmətinə müraciət etməklə əldə edə bilər. Bundan sonra "Atəşgah" SŞ - nin mütəxəssisləri müştəri üçün münasib zamanda deyilən ünvana gələrək seçilmiş sığorta paketini ona təqdim edir.
"Atəşgah" sığorta şirkəti 1996 - cı ilin sonunda təsis edilib, 1997- ci ildə sığorta fəaliyyəti göstərmək üçün müvafiq lisenziya alıb.
Atəşgah Sığorta Qrupuna "Atəşgah" ASC SŞ, "Atəşgah Həyat" ASC SŞ və "İntermed" Tibb Klinikası daxildir.