...

Azərbaycanın sığorta bazarında üçüncü life-şirkət yaranıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2011 13:33 (UTC +04:00)
Azərbaycanın Maliyyə Nazirliyi "PAŞA Həyat Sığorta" ASC-yə life-sığorta sahəsində fəaliyyət göstərmək üçün beş il müddətinə lisenziya verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı nazirlikdən bildirilib.
Azərbaycanın sığorta bazarında üçüncü life-şirkət yaranıb

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir İ.Xəlilova/

Azərbaycanın Maliyyə Nazirliyi "PAŞA Həyat Sığorta" ASC-yə life-sığorta sahəsində fəaliyyət göstərmək üçün beş il müddətinə lisenziya verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı nazirlikdən bildirilib.

Nəticədə Azərbaycanın sığorta bazarında həyat sığortası üzrə ixtisaslaşmış üçüncü şirkət meydana çıxıb.

Bu gün ölkədə iki life-şirkət - "Atəşgah Həyat" və "Qala Həyat" fəaliyyət göstərir. "Sığorta fəaliyyəti haqqında" qanuna uyğun olaraq, 2011-ci ilin martından yalnız ixtisaslaşmış şirkətlər həyat sığortası ilə məşğul ola bilərlər.

"PAŞA Həyat Sığorta" life-şirkətlər arasında ən kaplitallaşmış şirkətdir. O, bazara yeddi milyon manatlıq kapitalla daxil olur.

"Maliyyə Nazirliyinin yenidən yaradılan sığorta şirkətlərinin kapitallaşmasının beş milyon manat səviyyəsində olması barədə tələbinə baxmayaraq, bu miqdarda nizamnamə kapitalının formalaşdırılması barədə qərar yeganə səhmdar və yeni şirkətin səhmlərinin saxlayıcısı "Paşa Holding" tərəfindən qəbul edilib", - bir qədər əvvəl "Paşa Sığorta" şirkətinin idarə heyətinin sədri Nofəl Rzayev bildirib.

Şirkətin normal maddi-texniki bazası, kadr potensialını təkmilləşdirmək və beynəlxalq sığortaçılarla layiqli tərəfdaşlıq münasibətlərinin aparılması üçün müxtəlif variantların olmasına baxmayaraq, "PAŞA Həyat Sığorta" biznesin başlanması üçün optimal olan 7 milyon manat səviyyəsində kapital seçib.

"PAŞA Həyat Sığorta"nın ilkin portfeli bu gün "Paşa Sığorta" şirkətinin formalaşdırdığı həyat sığortası yığımlarının həcmindən ibarət olacaq.

Rzayevin sözlərinə görə, "Paşa Sığorta" həyat sığortasına görə icazəyə malikdir və bu gün təxminən 300 min manat səviyyəsində formalaşan bu portfel life-şirkətə veriləcək. Bununla yanaşı, hazırda "PAŞA Həyat Sığorta" yeni məhsullar hazırlayır və onun fəaliyyəti təsdiqlənmiş üçillik strategiya çərçivəsində həyata keçiriləcək.

"Paşa Sığorta"nın həyat sığortası üzrə təcrübəsini nəzərə alaraq biz aparıcı həyat sığortaçıları, eləcə də Almaniyanın "Allianz" və "Gen Re Life" şirkətləri ilə çox yaxşı tərəfdaşlıq münasibətlərinə malikik. Bu biznes-trəfədaşlığı üzrə qarşılıqlı münasibətlər "PAŞA Həyat Sığorta" ilə də davam etdiriləcək. Onlar investisiya əməkdaşlığı təklif edirlər", - Rzayev bildirib.

"PAŞA Həyat Sığorta" komandası bu xarfici sığorta şirkətlərində təhsil proqramı keçib.

"Paşa Holding" qrupuna daxil olan "Paşa Sığorta" korporativ və fərdi müştərilərə 31 növ sığorta xidməti göstərir. "Paşa Sığorta" 28 milyon manatlıq məcmu aktivi ilə kapitallaşdırma həcminə görə ölkənin üç aparıcı sığortaçısı sırasına daxil olmaqla, eyni zamanda, ölkənin sığorta sektorunda biznesin rentabelliyinin ən yüksək göstəricilərini saxlayır. Şirkətin nizamnamə kapitalı 20 milyon manat təşkil edir.

2007-ci ildən "Paşa Sığorta" Böyük Britaniyanın "Moody International" agentliyi tərəfindən sığorta məhsullarının ISO 9001:2000 keyfiyyət idarəetmə standartlarına və xidmətlərinə uyğunluq səviyyəsinə görə sertifikatla təltif olunub. 2009-cu ildən etibarən "Paşa Sığorta" BMT-nin insan hüquqlarının, ətraf mühitin müdafiəsi və korrupsiyanın qarşısının alınması üzrə Qlobal Müqaviləsinin (UN Global Compact Initiative) iştirakçısıdır.

Fevralın 15-nə olan rəsmi məzənnə 0,7954 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti