Azərbaycan, Bakı, 28 fevral /Trend/
"Deloyt" şirkətinin MDB-dəki nümayəndəliyi Azərbaycanda hüquqi praktikanın açılmasını elan edir. Bu barədə "Deloyt Azərbaycan" şirkətində vergi və hüquq məsələləri üzrə partnyoru Nuran Kərimov deyib.
Hüquq məsələləri üzrə təcrübəli menecer Vüqar Məmmədov "Deloitte" şirkətinin hüquq departamentinin rəhbəri vəzifəsinə rəhbərlik edəcək.
"Artıq bir neçə ildir ki, hüquq sahəsində xidmət göstərməyimizə baxmayaraq, biz təcrübəmizi genişləndirmək və bazarda mövqeyimizi gücləndirmək üçün uyğun bir vaxtın gəldiyini hesab edirik, - Kərimov bildirib. - Məmmədovun şirkətimizdə fəaliyyətə başlaması ilə müştərilərimizə təklif etdiyimiz hüquq xidmətləri çeşidinin genişləndirilməsində bizə yardım edəcək yeni təcrübə səviyyəsi əldə olunub".
"Deloitte"un bu gün təklif etdiyi hüquq xidmətlərinə daşınmaz əmlak əqdləri, şirkətlərin alqı-satqısı və birləşməsi, xarici investisiyaların strukturlaşdırılması, əmək qanunvericiliyi üzrə məsləhət, lisenziyalaşdırma ilə bağlı məsləhətlərin verilməsi, eləcə də investisiya, maliyyələşdirmə və valyutanın tənzimlənməsi sahəsində məsləhətlər daxildir", - o qeyd edib.
"Deloitte" hazırda audit, vergilər, konsaltinq və maliyyə üzrə məsləhətlər sahəsində təklif etdiyi xidmətlər çeşidinə hüquq xidmətlərini də əlavə etməklə, Azərbaycanda sürətlə inkişaf etməkdə olan şirkətlər, eləcə də xarici investorlar qarşısında öz mövqeyini bir daha möhkəmləndirib", - o bildirib.
"Deloitte" adı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının qanunvericiliyi əsasında qeydiyyata alınmış və məsuliyyəti onun iştirakçıları tərəfindən verilən təminatlarla məhdudlaşan "Deloitte Touche Tohmatsu Limited" şirkətinə və onun üzv şirkətlərindən ibarət olan şəbəkəyə aid ayrı və müstəqil hüquqi şəxslərdən birinə və ya hər hansına məxsusdur. 2010-cu ilin nəticələrinə əsasən, "Deloitte Touche Tohmatsu Limited" dünyanın ən iri peşəkar xidmətlər göstərən özəl şirkətidir.
"Deloitte" tərəfindən Azərbaycanda təklif olunan hüquq xidmətləri haqqında ətraflı məlumat almaq, habelə hüquq xidməti göstərən peşəkarlarla əlaqə saxlamaq üçün www.deloitte.com/az/ saytına mürəciət edin.