...

Azərbaycan Nəqliyyat Nazirliyi Ziya Bünyadov prospektinin yenidən qurulması üçün tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2011 15:24 (UTC +04:00)
Azərbaycan Nəqliyyat Nazirliyinin "Azəryolservis" SC Ziya Bünyadov prospektində infrastukturun yenidən qurulması çərçivəsində beş lotda tender elan edib.
Azərbaycan Nəqliyyat Nazirliyi Ziya Bünyadov prospektinin yenidən qurulması üçün tender elan edib

Azərbaycan, Bakı, 4 mart /Trend/

Azərbaycan Nəqliyyat Nazirliyinin "Azəryolservis" SC Ziya Bünyadov prospektində infrastukturun yenidən qurulması çərçivəsində beş lotda tender elan edib.

Birinci lot Əbdülvahab Salamzadə, Əli Mustafayev və Hüseynbala Əliyev küçələrinin kəsişməsində yolayrıcının tikintisini, ikinci lot Ziya Bünyadov prospektinin və Əhməd Rəcəbli küçəsinin kəsişməsində müxtəlif səviyyəli yolayrıcıların tikintisini nəzərdə tutur. Üçüncü lot Ziya Bünyadov prospekti və Əliyar Əliyev küçəsinin kəsişməsində yerləşən dəmiryol xəttinin üzərində yolayrıcının bərpası üçün elan edilib. Dördüncü lot Ziya Bünyadov prospekti və Böyük-Şor küçəsinin kəsişməsində yolayrıcının tikintisini, beşinci lot isə Ziya Bünyadov prospekti və Müzəffər Nərimanov küçəsinin kəsişməsində tunelin tikintisini nəzərdə tutur.

Tenderdə iştirak etmək istəyənlər aprelin 5-dən tender komissiyasına ərizə və digər lazımi sənədləri təqdim etməlidirlər.

Tender təklifləri və bank zəmanətləri SC-yə aprelin 12-si saat 17:00-dək təqdim edilməlidir. Tender təklifləri aprelin 13-də saat 12:00-da açılacaq.

Əlavə məlumatı (012) 493 51 38 telefon nömrəsi, habelə [email protected] elektron poçtu ilə əldə etmək olar. Əlaqələndirici şəxs Əliəşrəf Rəhimovdur.

Xəbər lenti

Xəbər lenti