...

Naftalanda "AtaTurizm"in filialı açılıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2011 12:58 (UTC +04:00)
Naftalan şəhərində yerləşən "Chinar & Spa Naftalan" kompleksində "AtaTurizm" MMC-nin filialı fəaliyyətə başlayıb. Bu barədə "Ata Holding"in cümə günü yaydığı məlumatda deyilir.
Naftalanda "AtaTurizm"in filialı  açılıb (FOTO)

Azərbaycan, Bakı, 11 mart /Trend/

Naftalan şəhərində yerləşən "Chinar & Spa Naftalan" kompleksində "AtaTurizm" MMC-nin filialı fəaliyyətə başlayıb. Bu barədə "Ata Holding"in cümə günü yaydığı məlumatda deyilir.

Filialın "Chinar & Spa Naftalan" sanatoriyasında istirahət edən qonaqlara geniş turizm xidmətləri göstərilməsi nəzərdə tutulub. Yeni filial kurort şəhərində turizmin inkişafına, fəaliyyətə başlayan turizm obyektlərinə, sanotoriyalara, istirahət və əyləncə mərkəzlərinə dəstək məqsədilə açılıb.

Bu xidmətlərə aviabiletlərin sifarişi, bilet tarixlərinin dəyişdirilməsi, daxili turların təşkili və digər xidmətlər daxil olacaq.

"AtaTurizm" MMC turizm sahəsində görülmüş işlərin faydasını öz fəaliyyətində hiss etməkdədir. Şirkət bu il ərzində fəaliyyət sahəsini daha da genişləndirməyi nəzərdə tutur.

"AtaTurizm" "Ata Holding" şirkətlər qrupuna daxildir.

Xəbər lenti

Xəbər lenti