...

Azərbaycanın "Meqa Sığorta" şirkətinin aktivləri 2010-cu ildə iki dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2011 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir N.İsmayılova/

2010-cu ilin yekunları üzrə Azərbaycanın "Meqa Sığorta" ASC-nin aktivləri 3,98 milyon manat olub. İlin əvvəlində 1,87 milyon manat olan bu göstərici 2,1 dəfə artıb. Trend-in məlumatına görə, bu barədə şirkətin şənbə günü rəsmi mətbuatda dərc edilən balans hesabatında deyilir.

Bu müddət ərzində şirkətin uzunmüddətli aktivləri 478,86 min manat, qısamüddətli - 1,396 milyon manat təşkil edib. Ötən il şirkətin depozit hesabları 2,47 milyon manat təşkil edib.

Ötən ilin yekunları üzrə "Meqa Sığorta" ASC-nin ödənilmiş nizamnamə kapitalı 3,5 milyon manat, xalis gəliri isə 131,071 min manat təşkil edib.

Ötən il şirkətin məcmu kapitalı 3,694 milyon manat olub.

Şirkətin ümumi öhdəlikləri 283,2 min manat təşkil edərək 64,8 faiz azalıb, kapital və öhdəlikləri isə 3,977 milyon manat olub.

Ötən ilin yekunları üzrə şirkətin gəlirləri 1,25 milyon manat, o cümlədən sığorta üzrə 211,999 milyon manat, təkrar sığorta üzrə 99,94 min manat təşkil edib. Şirkətin investisiya qoyuluşları üzrə gəlirləri 98,118 manat səviyyəsində olub.

2010-cu ildə şirkətin xərcləri 1,087 milyon manat, o cümlədən sığorta ödənişləri üzrə 219,065 min manat, təkrar sığorta ödənişləri üzrə 355,149 min manat təşkil edib.

2010-cu ildə şirkət 6,848 min manat məbləğində mənfəət vergisi, 3,986 min manat əmlak vergisi, sosial sığorta və təminat vergisi üzrə ödənişlər - 12,439 min manat, icbari ödənişlər (0,3 faiz) - 544 manat, digər vergilər üzrə 1,085 min manat ödəyib.

"Meqa Sığorta" ASC yeni brend altında 1 oktyabr 2010-cu ildən fəaliyyətə başlayıb, 29 sığorta növü üzrə xidmət göstərir. Şirkət əvvəllər "BE&G Sığorta" adlandırılıb. O, fəaliyyətə 1998-ci ildə başlayıb.

Martın 19-na olan rəsmi məzənnə 0,7932 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti