...

"Sığortanın icbari növləri haqqında" qanun layihəsi ikinci oxunuşda baxılması üçün Azərbaycan Parlamentinə tövsiyə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2011 15:09 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin İqtisadi siyasət komitəsi Parlamentin birinci oxunuşda qəbul etdiyi "Sığortanın icbari növləri haqqında" qanun layihəsini baxılmaq üçüncümə günü MM-in plenar iclasına tövsiyə edib.
"Sığortanın icbari növləri haqqında" qanun layihəsi ikinci oxunuşda baxılması üçün Azərbaycan Parlamentinə tövsiyə olunub

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbirlər M.Əliyev, A.Axundov/

Azərbaycan Milli Məclisinin İqtisadi siyasət komitəsi Parlamentin birinci oxunuşda qəbul etdiyi "Sığortanın icbari növləri haqqında" qanun layihəsini baxılmaq üçün cümə günü MM-in plenar iclasına tövsiyə edib.

Komitə sədri Ziyad Səmədzadə iclasda qeyd edib ki, Azərbaycanda sığorta bazarı iqtisadiyyatın digər sahələrindən bir qədər geri qalır. Azərbaycanın sığorta bazarının təkmilləşdirilməsi, əhalinin sağlamlığının qorunması üçün bu qanunun qəbul edilməsi çox vacibdir.

Deputat Vahid Axundov iclasda deyib ki, qanun layihəsinin birinci oxunuşundan sonra xarici ölkələrin icbari sığorta sahəsində təcrübəsi öyrənilib və hazırlanan qanun layihəsində bəzi nöqsanlar aşkarlanıb.

"Qanun layihəsində qeyd edilib ki, sığorta sığorta olunan və sığorta edən arasında razılaşmaya uyğun qiymətləndirilir. Belə razılaşma olmadıqda, onlar ekspertə müraciət edirlər. Qanun qiymətləndirmənin səviyyəsini müəyyənləşdirməlidir", - Əhmədov qeyd edib.

Onun sözlərinə görə, qanun sığortanın predmetini daha dəqiq müəyyənləşdirməlidir.

Əhmədov qanun layihəsinin tamamlanması ilə məşğul olacaq sığortaçılardan ibarət yeni komissiya yaratmağı təklif edib.

Parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, ötən il Kür və Araz çaylarının daşqınlar nəticəsində öz məcrasından çıxması açıq-aydın göstərdi ki, əmlak sığortasının yoxluğu səbəbindən təzminatı dövlət ödəməli oldu.

Azərbaycan maliyyə nazirinin müavini Azər Bayramovun sözlərinə görə, Azərbaycanda icbari sığorta növlərinin payına sığorta yığımlarının ümumi həcminin cəmi 20 faizi düşür.

"Bu rolun kiçik həcmini nəzərə alaraq, icbari sığortada sığorta haqlarının müəyyən edilmiş məbləği təklif edilməlidir", - Bayramov bildirib.

Onun sözlərinə görə, regionlarda daşınmaz əmlak qiymətləndirilərkən düzgün olmayan qiymətləndirmə ilə qarşılaşırlar, buna görə hər bir region üzrə daşınmaz əmlakın ayrı-ayrı qiymətlərini müəyyən etmək lazımdır.

"Sığortanın icbari növləri haqqında" qanun layihəsi ikinci oxunuşa çıxarılmamışdan əvvəl təkmilləşdirilməlidir", - Bayramov deyib.

Bu qanun layihəsi icbari sığortanın dörd növünü - daşınmaz əmlakı, avtonəqliyyat vasitələri sahiblərinin məsuliyyətini (OSAQO), sərnişinlərin sığortalanmasını, daşınmaz əmlakın istismarı zamanı vətəndaş məsuliyyətinin sığortalanmasını tənzimləyir.

Qanun layihəsinə əsasən, daşınmaz əmlaknın icbari sığortası fiziki şəxslərə məxsus bütün növ tikililərə, yaşayış evlərinə, hüquqi şəxslərin ofislərinə, dövlət əmlakına aid olacaq. Bununla yanaşı, sığorta faktları bu əmlaka yanğın, partlayış, tufan, elektrik şəbəkəsində qısa qapanma, kanalizasiya və ya su kəməri sistemində qəzalar, təbii kataklizimlər və s. nəticəsində dəyən ziyanlar hesab ediləcək.

Daşınmaz əmlakın istismarı ilə bağlı vətəndaş məsuliyyətinin icbari sığortası üçüncü şəxslərin bu əmlakdan istifadə zamanı dəyən ziyandan sığorta müdafiəsini nəzərdə tutur. Sığortanın bu növü sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə aid olacaq. Sığortanın bu növü üzrə sağlamlığa dəyən ziyan zamanı ödənişin məbləği 50 min manat (bir nəfər üçün 5 min manat), əmlak üçün 50 min manat təşkil edəcək.

Sərnişinlərin icbari sığortası növündən asılı olmayaraq nəqliyyatdan istifadə edən şəxslərə şamil ediləcək. Bu halda sığorta ödənişinin məbləği bir nəfər üçün 5 min manat təşkil edəcək. İndiyədək sığortanın bu növü 2003-cü ildə qəbul edilən qanunla tənzimlənib. Lakin hazırda onun forması qəbuledilməzdir və təzminat alarkən problemlər yaradır.

Qanun layihəsi avtonəqliyyat vasitəsindən asılı olaraq sığorta tarifinin müəyyənləşdirilməsi zamanı şaxələndirilmiş yanaşmanı nəzərdə tutur. Əmlak üzrə OSAQO-nun ödəniş məbləği 5 min manat (hazırda 1 min manat), sağlamlıq üzrə 50 min manat (hazırda 5 min manat) təşkil edəcək. Fəaliyyətin bu növü 1996-cı ilin qanunu ilə tənzimlənir.

Aprelin 1-nə olan rəsmi məzənnə 0,7926 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti