...

USAID və Amerika Ticarət Palatası Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması üzrə əməkdaşlıq edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2011 19:28 (UTC +04:00)
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycanda Amerika Ticarət Palatası Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı məsələlərdə əməkdaşlıq etmək məqsədilə anlaşma memorandumu imzalayıblar.
USAID və Amerika Ticarət Palatası Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması üzrə əməkdaşlıq edəcək

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir N.İsmayılova/

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycanda Amerika Ticarət Palatası Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı məsələlərdə əməkdaşlıq etmək məqsədilə anlaşma memorandumu imzalayıblar. Trend-in məlumatına görə, bu barədə USAID-in çərşənbə günü yaydığı məlumatda deyilir.

Memorandumu USAID-in Qafqaz üzrə missiyasının direktoru Conatan Konli və Amerika Ticarət Palatasının icraçı direktoru Nərgiz Nəsrullayeva - Muduroğlu imzalayıb.

Bu memorandumu imzalamaqla USAID və Amerika Ticarət Palatası iki mühüm məsələyə dair əməkdaşlıq etmək razılığına gəliblər. İlk növbədə, iki qurum ən yaxşı beynəlxalq təcrübəni əks etdirən, rəqabət və ticarət üçün daha əlverişli şərait yaradan qanunvericiliyi gücləndirmək üçün tövsiyələr vermək məqsədilə birgə çalışacaqlar. Bundan əlavə, USAID və Amerika Ticarət Palatası mövcud və təklif olunacaq qanunların icrası və onlara riayət edilməsinin xərclərini müəyyən edəcək və miqdarını təyin edəcək. Habelə həmin qanunların investisiya mühitinə necə təsir edəcəyini müəyyən edəcəklər.

USAID-in Azərbaycanda "Rəqabət və ticarət" (ART) layihəsi memorandumda əksini tapmış fəaliyyətin icrasına nəzarət edəcək. Razılaşma 2013-cü ilin iyun ayında sona çatması gözlənilən ART layihəsi müddətində qüvvədə olacaq.

Xəbər lenti

Xəbər lenti