...

Azərbaycanda kolbasa istehsalçısına qarşı maliyyə sanksiyası tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2011 20:37 (UTC +04:00)
Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb və "Haqsız rəqabət haqqında" qanunun tələblərini pozduğuna görə Ruslan Şərifova 717 manat maliyyə sanksiyası tətbiq edilib.
Azərbaycanda kolbasa istehsalçısına qarşı maliyyə sanksiyası tətbiq edilib

Azərbaycan, Bakı, 21 aprel /Trend/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq massivində Ruslan Şərifova məxsus istehsalat sahəsində istehsal olunmuş "Servelat" kolbasalarının üzərində saxlama müddətinin göstərilməməsi, habelə bu kolbasaların gigiyenik və uyğunluq sertifikatı olmadan istehsal edilməsi səbəbindən bu sahibkar barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Bu barədə cümə axşamı nazirliyin məlumatında deyilir.

Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb və "Haqsız rəqabət haqqında" qanunun tələblərini pozduğuna görə Ruslan Şərifova 717 manat maliyyə sanksiyası tətbiq edilib.

Aprelin 21-nə olan rəsmi məzənnə 0,7917 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti