...

Azərbaycanda yüksək məhsuldarlığa malik İspaniya soğanı və Latviya kartofu yetişdiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2011 20:31 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu "Sənan-Kənan" MMC-yə Şamaxı rayonunun Qızmeydan kəndi ərazisində 30 hektar sahədə yüksək məhsuldarlığa malik toxumluq kartof, eyni zamanda, Beyləqan rayonunun Allahyarlı kəndi ərazisində 30 hektar sahədə baş soğan yetişdirilməsi üçün 140 min manat güzəştli kredit vəsaiti ayırıb.
Azərbaycanda yüksək məhsuldarlığa malik İspaniya soğanı və Latviya kartofu yetişdiriləcək

Azərbaycan, Bakı, 22 aprel /Trend/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu "Sənan-Kənan" MMC-yə Şamaxı rayonunun Qızmeydan kəndi ərazisində 30 hektar sahədə yüksək məhsuldarlığa malik toxumluq kartof, eyni zamanda, Beyləqan rayonunun Allahyarlı kəndi ərazisində 30 hektar sahədə baş soğan yetişdirilməsi üçün 140 min manat güzəştli kredit vəsaiti ayırıb. Bu barədə cümə nazirliyin məlumatında deyilir.

Artıq Latviyadan 5 növ ("Laura", "Maraten", "Finka", "Ariyella" və "Maniton" növləri) birinci reproduksiyalı yüksək keyfiyyətli 60 ton kartof toxumu, Türkiyədən isə yüksək məhsuldarlığa malik olan "Valensiya" (İspaniya) soğan toxumu gətirilib. Layihənin reallaşması nəticəsində təsərrüfatda hər il orta hesabla 1000 ton kartof (o cümlədən 600 ton toxumluq) və 1900 ton baş soğan istehsalı mümkün olacaq.

Gətirilmiş məhsuldar toxumlardan Gədəbəy, Şəmkir, Tovuz və Göygöl rayonlarında da əkilib. Həmin rayonlarda fəaliyyət göstərən sahibkarlara da yüksək məhsuldarlığa malik toxumların alınması üçün güzəştli kredit ayrılacaq.

Aprelin 22-nə olan rəsmi məzənnə 0,7917 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti