Azərbaycan, Bakı, 3 may /Trend, müxbir A.Axundov/
Azərbaycan və BƏƏ-nin gömrük sahəsində əməkdaşlıq etmələri üçün bir çox sahələr var. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) rəhbəri Aydın Əliyev bildirib.
Onun sözlərinə görə, qarşılıqlı maraqların əsas sahəsi gömrük qiymətləndirməsi məsələsidir.
"Biz ildən-ilə malların qiymətləndirilməsi prinsiplərini təkmilləşdiririk. BƏƏ-dən Azərbayacan gətirilən bir çox mallar üçüncü ölkədə istehsal olunur", - Əliyev deyib.
Onun sözlərinə görə, ona görə də BƏƏ-nin mal dövriyyəsi üzrə statistik göstəriciləri qarşılıqlı ticarətin həqiqi həcmini əks etdirmir.
"Qiymətli metalların qaçaqmalçılığı halları müşahidə olunur. Son vaxtlar BƏƏ-dən bahalı mobil telefonların gətirilməsi populyarlaşıb. Ona görə də bizim qarşılıqlı əməkdaşlıq etməyimiz üçün bir çox ümumi sahələr var", - Əliyev bildirib.
Çərşənbə axşamı Bakıda Azərbaycanla BƏƏ arsında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə hökumətlərarsı komissiyanın üçüncü iclası keçirilir.