...

Azərbaycan və BƏƏ hökumətlərarası komissiyanın üçüncü iclasının yekunları üzrə protokol imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2011 14:16 (UTC +04:00)
Azərbaycan və BƏƏ çərşənbə axşamı iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın üçüncü iclasının yekunları üzrə protokol imzalayıb.
Azərbaycan və BƏƏ hökumətlərarası komissiyanın üçüncü iclasının yekunları üzrə protokol imzalayıb

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir N.İsmayılova/

Azərbaycan və BƏƏ çərşənbə axşamı iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın üçüncü iclasının yekunları üzrə protokol imzalayıb.

Protokol hökumətlərarası komissiyanın həmsədrləri tərəfindən imzalanıb. Komissiyanın Azərbaycan tərəfdən həmsədri ölkənin iqtisadi inkişaf naziri Şahin Mustafayev, BƏƏ tərəfdən isə iqtisadiyyat naziri Səid əl-Mənsuridir.

İclasda Mustafayevin dediyi kimi, Azərbaycanla BƏƏ arasında 2011-ci ilin yanvar-mart aylarında əmtəə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artıb.

Onun sözlərinə görə, 2010-cu ildə BƏƏ ilə mal dövriyyəsinin artımı 36,8 faiz təşkil edib.

"Bununla yanaşı, etiraf etmək lazımdır ki, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi sahəsində geniş imkanlar mövcuddur və hazırda əsas vəzifəmiz iqtisadi əməkdaşlığı siyasi əməkdaşlıq səviyyəsinə çatdırmaqdır", - Mustafayev bildirib.

Nazirin sözlərinə görə, son illər iki ölkə arasında münasibətlərin inkişafında vacib rolu 2006-cı ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ-yə rəsmi səfəri, dövlət başçıları arasında məhsuldar görüşün keçirilməsi və səfər zamanı sənədlərin imzalanması oynayıb.

Nazir onu da bildirib ki, səfər zamanı investisiyaların təşviqi və qarşılıqlı müdafiəsi, ikiqat vergitutmadan yayınma, eləcə də iqtisadi və texniki əməkdaşlıq sahəsində sənədlərin imzalanması ölkələr arasında möhkəm normativ-hüquqi baza formalaşdırır.

Xəbər lenti

Xəbər lenti