...

Azərbaycan bankı "Amrahbank" nizamnamə kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2011 20:17 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Amrahbank" ASC-nın 319,1 min manat məbləğində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb.
Azərbaycan bankı "Amrahbank" nizamnamə kapitalını artırır

Azərbaycan, Bakı, 4 may /Trend/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Amrahbank" ASC-nın 319,1 min manat məbləğində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb. Trend-in məlumatına görə, bu barədə Bakı Fond Birjasının çərşənbə günü yaydığı məlumatda deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 3191 səhm buraxılıb. Qiymətli kağızların yerləşdirilməsinin anderrayteri qismində "Chelsea Capital" MMC müəyyən edilib.

Bankın səhmlərinin 49 faizi Bəhreyndə yerləşən beynəlxalq İnvestisiya Bankına məxsusdur.

Hazırda "Amrahbank" (1993-cü ildə yaradılıb) Azərbaycanın birinci və aparıcı kommersiya banklarından biridir. Bankın nizamnamə kapitalı 13,7 milyon manatı ötür.

Mayın 4-nə olan rəsmi məzənnə 0,7912 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti