...

Azərbaycanın lizinq şirkəti "Unileasing" yeni layihəyə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2011 14:34 (UTC +04:00)
Azərbaycan lizinq bazarının lideri olan "Unileasing" QSC "Minik avtomobilinin qiymətində yük maşını" adlı yeni layihənin icrasına başladı. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı şirkətdən bildirilib.
Azərbaycanın lizinq şirkəti "Unileasing" yeni layihəyə başlayıb

Azərbaycan, Bakı, 17 may /Trend/

Azərbaycan lizinq bazarının lideri olan "Unileasing" QSC "Minik avtomobilinin qiymətində yük maşını" adlı yeni layihənin icrasına başladı. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı şirkətdən bildirilib.

Yenilik çərçivəsində 2007-2008-ci il istehsalı olan (yaxşı vəziyyətdə) ISUZU markalı aztonnajlı yük maşınlarını ilkin ödəniş 3000 AZN olmaqla, aylıq 579 AZN-lə 48 ay müddətinə kimi sərfəli şərtlərlə lizinq yolu ilə əldə etmək mümkündür.

Bundan başqa, yüksək keyfiyyətli və etibarlı ISUZU markalı yük maşınlarını 18 000 AZN-dən başlayaraq nağd qiymətdə əldə etmək olar.

Layihə çərçivəsində yük maşınlarının sığortası və DYP-də qeydiyyatı "Unileasing" şirkətindən bonus kimi PULSUZ verilir.

Soyuducu qurğularla və qaldırıcı liftlərlə təmin olunmuş, 3,5 - 5 tona qədər yükqaldırma qabiliyyəti olan ISUZU aztonnajlı yük maşınları ərzaq və istehlak malları, həmçinin mebel, sənaye avadanlığı, tikinti materialları və başqa yüklər daşınması üçün ideal nəqliyyat vasitələrdir.

Layihə və yük avtomobillər haqqında ətraflı informasiya ilə "Unileasing" şirkətinin korporativ saytında (www.unileasing.az) və Resale.az (www.resale.az) - satışa təqdim olunmuş kredit/lizinq obyektlər üzrə online informasiya bazasında əldə etmək mümkündür.

"UniLeasing" lizinq şirkətinin təsis olunmasına dair qərar 2004-cü il fevralın 24-də "Unibank" kommersiya bankının Müşahidə Şurasının növbəti iclasında qəbul edilib. 2004-cü il iyunun 17-də "UniLeasing" QSC rəsmən qeydiyyata alınıb.

Şirkətin fəaliyyətinin əsas istiqamətləri maliyyə lizinqinin tikinti texnikasının, avtomobil və digər nəqliyyat vasitələrinin, tibbi avadanlığın, daşınmaz əmlakın, sənaye avadanlığının lizinqi kimi növləridir.

"UniLeasing" QSC-nin təsisçiləri "Unibank" (66,67 faiz) və AYİB-dir (3,33 faiz). Şirkətin nizamnamə fondu 1,8 milyon manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti