...

İran Xəzərdə 8 əhəmiyyətli karbohidrogen strukturu kəşf edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2011 16:55 (UTC +04:00)
İran Xəzərdə 46 böyük və kiçik karbohidrogen strukturu kəşf edib ki, onlardan səkkizi əhəmiyyətli karbohidrogen potensialına malikdir.
İran Xəzərdə 8 əhəmiyyətli karbohidrogen strukturu kəşf edib

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir T.Cəfərov/

İran Xəzərdə 46 böyük və kiçik karbohidrogen strukturu kəşf edib ki, onlardan səkkizi əhəmiyyətli karbohidrogen potensialına malikdir. Bunu İranın Neft Xəzər şirkətinin direktoru Əli Üsuli deyib. Bu barədə Trend İranın SHANA xəbər agentliyinə istinadən məlumat verir.

Üsuli əlavə edib ki, kəşf olunan əhəmiyyətli strukturlar dənizin dərinliyində yerləşir. Bunun üçün qazma işləri aparmaq məqsədi ilə şərait yaradılmalıdır.

Xəzərdə İranın ilk qazma platforması Əmir Kəbir (sabiq "Alborz") 2009-cu ildə istismara verilib. İranın "Əmir Kəbir" platforması "Sedra" şirtkəti tərəfindən Neka (Mazandaran əyaləti) sahillərində inşa edilib. Qurğu suyun 1000 metr dərinliyində işləmək və 6000 metr dərinlikdə quyu qazmaq gücünə malikdir. Platforma dörd dayaq üzərində yerləşir və yarımyükləmə qurğusudur. Platforma İran mühəndisləri tərəfindən hazırlanıb.

Ümumilikdə konstruksiya üç layihə əsasında hazırlanıb. Bu, "Əmir Kəbir" platformasının inşası, "Caspian" gəmilərinin hazırlanması və əməliyyatların aparılmasına dəstək qərargahının yaradılmasıdır.

2001-ci ildə başlayan inşanın ilkin dəyəri 215 milyon dollar və 34 milyard tümən (34 milyon dollar) təşkil edib. İranın "Əmir Kəbir" platforması və "Caspian" gəmiləri DNV şirkətinin yoxlamasından sonra keyfiyyət sertifikatı alıb.

Ümumilikdə bu platformanın inşasına 500 milyon dollar investisiya qoyulub.

Xəbər lenti

Xəbər lenti