...

PwC Akademiyası - İndi Azərbaycanda!

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2011 12:49 (UTC +04:00)
PwC Azərbaycan yarım günlük "PwC Akademiyası - İndi Azərbaycanda!" seminarı təşkil edir.
PwC Akademiyası - İndi Azərbaycanda!

Azərbaycan, Bakı, 1 iyun /Trend/

PwC Azərbaycan yarım günlük "PwC Akademiyası - İndi Azərbaycanda!" seminarı təşkil edir.

PwC Azərbaycan şirkətinin Akademiya Seminarında işçilərinizin təlimi ilə bağlı aparıcı tədris çözümləri və məsləhət xidmətləri üzrə məlumat veriləcək. Eyni zamanda təşkilatınızda mütəxəssislərin bilik səviyyəsinin artırılması üçün PwC şirkəti tərəfindən görülə biləcək tədbirlər, fərdi qeydiyyat və korporativ təlim çözümləri müzakirə ediləcəkdir. Seminar iki dildə keçiriləcək: Azərbaycan və İngilis.

Ətraflı məlumat üçün aşağıdakı link vasitəsilə PwC Azərbaycan Akademiyasının İnternet səhifəsinə nəzər salmağınız xahiş olunur:

Seminarda iştirak edən şirkətin hər bir nümayəndəsinin adını/soyadını/vəzifəsini/şirkətini/əlaqə məlumatlarını [email protected] ünvanına göndərin VƏ YA PwC Azərbaycanda Diana Məmmədovaya (+99412) 497 25 15 nömrəsi ilə əlaqə zəng edərək əlaqə məlumatlarınızı bildirin.

Qeydiyyat üçün son tarix 7 iyun 2011-ci ildir.

Seminarda iştirak pulsuzdur.

Gündəlik və Təqdimatçılar.

Xəbər lenti

Xəbər lenti