...

Kapital Bankda işçilərin fəaliyyətinin qiymətləndirilməsi davam etdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2011 18:26 (UTC +04:00)
İyunun 18-də Xaçmaz şəhərində Kapital Bankın yerli struktur bölmələrində çalışan bir qrup əməkdaşın fəaliyyətinin planlaşdırılması və nəticələrin qiymətləndirilməsi həyata keçirilib.
Kapital Bankda işçilərin fəaliyyətinin qiymətləndirilməsi davam etdirilir

Azərbaycan, Bakı, 21 iyun /Trend/

İyunun 18-də Xaçmaz şəhərində Kapital Bankın yerli struktur bölmələrində çalışan bir qrup əməkdaşın fəaliyyətinin planlaşdırılması və nəticələrin qiymətləndirilməsi həyata keçirilib. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Test üsulu ilə keçirilən prosesə bankın Quba, Xaçmaz, Siyəzən, Şamaxı, Qəbələ, Qusar, Şabran, Qobustan, Ağsu, İsmayıllı rayon filiallarında çalışan 92 əməkdaş cəlb edilib.

Fəaliyyətin planlaşdırılması və nəticələrin qiymətləndirilməsində məqsəd işçilərin öz vəzifələri üzrə bilik və bacarıqlarını müəyyənləşdirməkdən, onların peşəkar inkişafını düzgün istiqamətləndirməkdən, fəaliyyətin səmərəliliyini artırmaqdan, bankda karyera imkanlarını genişləndirməkdən ibarətdir.

Mayın 22-dən başlanmış prosesdə indiyə qədər Kapital Bankın yerli struktur bölmələrində çalışan 1000-dən çox əməkdaş iştirak edib. Prosesin növbəti mərhələsi bankın Baş ofisində çalışan əməkdaşlar üçün keçiriləcək.

Xəbər lenti

Xəbər lenti