...

2015-ci ilə kimi Azərbaycanda yoxsulluq probleminin tamamilə aradan qaldırılacağı gözlənilir - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2011 15:43 (UTC +04:00)
2015-ci ilə kimi Azərbaycanda yoxsulluq probleminin tamamilə aradan qaldırılacağı gözlənilir.
2015-ci ilə kimi Azərbaycanda yoxsulluq probleminin tamamilə aradan qaldırılacağı gözlənilir - nazir

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir A.Axundov/

2015-ci ilə kimi Azərbaycanda yoxsulluq probleminin tamamilə aradan qaldırılacağı gözlənilir. Trend-in məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytında yerləşdirilən müsahibəsində bildirib.

"Ölkədə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" uğurla icra edilir. Bunun nəticəsidir ki, 2010-cu ilin yekunlarına əsasən, ölkəmizdə yoxsulluq səviyyəsi 9 faiz təşkil edib və 2015-ci ilə kimi ölkədə yoxsulluq probleminin tamamilə aradan qaldırılacağı gözlənilir", - Ələkbərov qeyd edib.

Onun sözlərinə görə, 2003-2010-cu illər ərzində ölkədə 900 mindən çox iş yerinin açılması yoxsulluğun ləğvinə uğurlu töhfə verib.

"Digər tərəfdən, əməkhaqqı sisteminin mütəmadi təkmilləşdirilməsi, vətəndaşların məşğulluq imkanlarının artırılması və s. amillər bu uğurun əldə edilməsində mühüm rol oynayıb", - Əlkəbərov bildirib.

2009-cu ildə ölkədə yoxsulluğun səviyyəsi 10,9 faiz təşkil edib.

2008-ci ilin yekunlarına görə, Azərbaycanda yoxsulluğun səviyyəsi 13,2 faiz, 2007-ci ildə 16 faiz, 2006-cı ildə 20,8 faiz, 2005-ci ildə 29 faiz təşkil edib, halbuki 2004-cü ildə bu, 49 faiz olub.

Xəbər lenti

Xəbər lenti