...

"Parabank" Bakı Dövlət Universitetində məzun gününə həsr olunmuş tədbirin sponsoru olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2011 15:35 (UTC +04:00)
Azərbaycan bankı "Parabank" təhsilin inkişafı və cəmiyyətin maarifləndirilməsinə xüsusi diqqət yetirir.
"Parabank" Bakı Dövlət Universitetində məzun gününə həsr olunmuş tədbirin sponsoru olub

Azərbaycan, Bakı, 1 iyul /Trend/

Azərbaycan bankı "Parabank" təhsilin inkişafı və cəmiyyətin maarifləndirilməsinə xüsusi diqqət yetirir. Trend-in məlumatına görə, bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.

"Parabank" gənc nəslin uğurlu gələcəyimizin təməli olduğunu anlayaraq onların püxtələşməsinə daim dəstək verir. Bu prinsipinə sadiq qalan "Parabank" 29 iyun 2011-ci il tarixində Azərbaycanın ən böyük təhsil ocağı olan Bakı Dövlət Universitetində məzun gününə həsr olunmuş möhtəşəm tədbirin sponsoru qismində iştirak edib.

Konsertdə BDU-nun 4500 məzunu da daxil olmaqla, ümumiyyətlə 5000-dən artıq tələbə iştirak edib. Məzunlar və tələbələr üçün estradımızın parlaq ulduzları Röya, Brilliant Dadaşova, Xəyyam, Aysel və "Eurovision 2011" müsabiqəsinin qalibləri Eldar və Nigar çıxış ediblər.

"Parabank" məzunlarla bu önəmli günün sevincini bölüşüb, başda universitetin rektoru Abel Məhərrəmovu və prorektorları, müəllim heyətini və təbii ki, məzunları təbrik edib. Bankın nümayəndələri təbrik çıxışından sonra rektor və prorektorlara "Parabank"ın Premium səviyyəli "VISA Infinite" kartlarını, təhsili fərqlənmə ilə bitirən 34 məzuna isə Parabankın "VISA Gold" kartlarını hədiyyə olaraq təqdim edib.

Tədbir zamanı 34 fərqlənmiş məzun arasında püşkatma yolu ilə 1 ədəd "BlackBerry" mobil telefonu oynanılıb, telefonun sahibi isə - Bakı Dövlət Universitetinin məzunu Şəhla Baloğlanova olub.

Xəbər lenti

Xəbər lenti