...

Azərbaycanda faktorinq şirkətlərinin yaradılmasına ehtiyac var

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2011 15:15 (UTC +04:00)
Azərbaycanda faktorinq şirkətlərinin yaradılmasına ehtiyac var. Ekspert Rüstəm Rüstəmov belə hesab edir.
Azərbaycanda faktorinq şirkətlərinin yaradılmasına ehtiyac var

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycanda faktorinq şirkətlərinin yaradılmasına ehtiyac var. Ekspert Rüstəm Rüstəmov belə hesab edir.

"Bu gün belə şirkətlərin yaradılmasına ehtiyac var, çünki onlar akkreditiv və zəmanətlərdən daha aşağı faiz dərəcələri təklif edirlər. İkincisi, müştəri öz malını itirmir, üçüncüsü, o, həmişə öz malını girovdan çıxara bilər", - Trend-ə Rüstəmov bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda bir dənə də faktorinq şirkəti yoxdur.

"Bu tip xidmətləri yalnız Azərbaycan Beynəlxalq Bankı göstərir. Bu sahədə kəskin mütəxəssis qıtlığı müşahidə olunur", - Rüstəmov deyib.

2011-ci il aprelin 1-nə faktorinq əməliyyatlarının həcmi 2011-ci il yanvarın 1-nə olan 7,1 milyon manata, 2010-cu il yanvarın 1-nə olan 19,8 milyon manata və 2009-cu il yanvarın 1-nə olan 0,52 milyon manata qarşı 3,9 milyon manat təşkil edib. Belə əməliyyatlar üzrə ən yaxşı göstərici 2007-ci il dekabrın 1-də (24,44 milyon manat) qeydə alınıb.

"Faktorinq əməliyyatlarının həcminin azalması bu gün ölkədə onların aktual olmaması ilə əlaqədardır, çünki təklif yoxdur. Banklar bu alətə təklif verməlidirlər, lakin bu, kifayət qədər deyil", - Rüstəmov hesab edir.

Onun sözlərinə görə, Azərbaycanda faktorinqin inkişafı ümumilikdə sənaye və sahibkarlığın böyük inkişafına kömək edəcək.

"Bu, kiçik və orta biznes üçün çox rahat olacaq", - Rüstəmov deyib.

İyulun 12-nə olan rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti