Azərbaycan, Bakı, 4 avqust /Trend/
AXA MBASK korporativ məsuliyyət sahəsində nümunə olacaq layihələrə imza ataraq fərdi risklər haqqında bələdçi səciyyəli yeni internet səhifəsini istifadəçilərə təqdim edir. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə axşamı yaydığı məlumatda deyilir.
AXA MBASK olaraq gördüyümüz işləri, göstərdiyimiz xidmətləri mahiyyətinə görə sosial məsuliyyətimizin bir parçası hesab etdiyimizi hər fürsətdə qeyd edirik. Təəssüf ki, risk həyatın bütün sahələrində daim yanımızdadır. Fərqinə varmasaq belə, səhər oyandıqdan axşam yuxuya gedənədək bir çox risklərlə qarşılaşırıq.
Bu saytın məqsədi - fərdlərin gündəlik həyatda tez-tez üzləşdikləri riskləri tanıtmaq, bu riskləri və onlardan irəli gələn nəticələri aradan qaldırmaqda insanlara yol göstərməkdir. Şirkətin rəhbərliyi və kollektivi AXA MBASKın təməl dəyərlərini rəhbər tutaraq və sosial məsuliyyət hiss edərək hazırladığımız bu saytın istifadəçilər üçün faydalı olmasını arzulayır.
AXA MBASK tərəfindən "risklər dünyası" şüarı ilə istifadəyə verilən saytda insanları daha çox maraqlandıran məsələlər - özlərinin və yaxınlarının səhhəti, evi, maşını və səyahəti ilə bağlı qarşıya çıxa biləcək risklər, həmçinin faydalı məlumatlar təqdim olunur.
"Risklər dünyası" adlı sayta http://risk.axambask.az ünvanından daxil olmaq olar.