...

Azərbaycanda Rusiya və keçmiş SSRİ istehsalı olan təyyarələrdən istifadə olunmur - AZAL (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2011 18:38 (UTC +04:00)
"AZAL" QSC-nin tərkibinə daxil olan "Azərbaycan Hava Yolları" Milli aviaşirkəti son 7-8 ildir "Yak" markalı təyyarələrdən istifadə etmir. Bu barədə çərşənbə günü Trend-ə QSC-dən bildirilib
Azərbaycanda Rusiya və keçmiş SSRİ istehsalı olan təyyarələrdən istifadə olunmur - AZAL (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir E.İsmayılov/

"AZAL" QSC-nin tərkibinə daxil olan "Azərbaycan Hava Yolları" Milli aviaşirkəti son 7-8 ildir "Yak" markalı təyyarələrdən istifadə etmir. Bu barədə çərşənbə günü Trend-ə QSC-dən bildirilib.

QSC-dən bildiriblər ki, heç bir Azərbaycan aviaşirkəti ucuşların həyata keçirilməsi zamanı "Yak" tipli təyyarələrdən istifadə etmir.

Çərşənbə günü Rusiyanın Yaroslavl əyalətində YAK-42 təyyarəsi havaya qalxarkən qəzaya uğrayıb. 36 nəfər həlak olub, 1 nəfər yaralanıb.

Xəbər lenti

Xəbər lenti