...

Bu gün Bakıda Azərbaycan-Avstriya Ticarət Palatasının ofisi açılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2011 12:58 (UTC +04:00)
Bu gün Azərbaycan-Avstriya Ticarət Palatasının (ATAZ) Bakı Ofisinin açılış mərasimi olacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə ATAZ-ın Bakı Ofisinin icraçı direktoru Tural Bağırzadə bildirib.
Bu gün Bakıda Azərbaycan-Avstriya Ticarət Palatasının ofisi açılır

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir N.İsmayılova/

Bu gün Azərbaycan-Avstriya Ticarət Palatasının (ATAZ) Bakı Ofisinin açılış mərasimi olacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə ATAZ-ın Bakı Ofisinin icraçı direktoru Tural Bağırzadə bildirib.

"Bundan əvvəl ofis dövlət qeydiyyatından keçib. Ofisin əsas vəzifəsi humanitar, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın inkiaşfına yardım etməkdir. Ümid edirik ki, ofisimizin fəaliyyəti iki ölkə arasında birbaşa investisiyaların artımına kömək edəcək", - Bağırzadə deyib.

Onun sözlərinə görə, ofis əsasən, qeyri-neft sektoruna, İKT, məişət tullantılarının idarə olunması, alternativ enerji mənbələrindən istifadənin inkişafı, yeni texnologiyaların tətbiqi, məlumat mübadiləsi və birgə layihələrin həyata keçirilməsinə dəstək göstərəcək.

"İlin sonunadək mədəniyyət, humanitar və iqtisadi sahələrdə bir neçə layihənin işə salınacağı gözlənilir. Onlar Avstriya şirkətlərinin Azərbaycanda keçirilən müxtəlif tenderlərə cəlb edilməsinə, həm birbaşa, həm də qarışıq investisiyaların artımına kömək edəcək", - icraçı direktor deyib.

Xəbər lenti

Xəbər lenti