...

Bakının mərkəzində istirahət zonası yaradıla bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2011 18:03 (UTC +04:00)
Bakının mərkəzi hissəsində - Nərimanov prospekti və Füzuli meydanı aralığında "Sovetski" adlanan ərazi mənzil tikintisi üçün əlverişli yer deyil, çünki bu, şəhərin mərkəzində nəqliyyat və infrasturktur problemləri daha da çətinləşdirə bilər.
Bakının mərkəzində istirahət zonası yaradıla bilər

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir A.Axundov/

Bakının mərkəzi hissəsində - Nərimanov prospekti və Füzuli meydanı aralığında "Sovetski" adlanan ərazi mənzil tikintisi üçün əlverişli yer deyil, çünki bu, şəhərin mərkəzində nəqliyyat və infrasturktur problemləri daha da çətinləşdirə bilər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov bildirib.

"Biz təklif edirik ki, bu ərazidə istirahət zonası yaradılsın", - Dövlətxanov deyib.

Onun sözlərinə görə, həmin ərazinin gələcək inkişafı üzrə variantlar 2030-cu ilədək olan dövrü əhatə edəcək Bakı şəhərinin mərkəzi hissəsinin ətraflı planında öz əksini tapıb.

"Bu ərazidəki yaşayış binalarının kobstruktiv keyfiyyətlərinin fiziki müddəti artıq sona yetir. Bu evlər 80-100 ildir ki tikilib və bu müddətə qədər istifadə üçün hesablanmayıb. Bakı isə seysmik zonada yerləşir. Bu evlərdə yaşamaq artıq məqsədəuyğun deyil", - Dövlətxanov bildirib.

Onun sözlərinə görə, evlərin sökülməsi şəhərin mərkəzi hissəsinin ətraflı planının təsdiq edilməsindən sonra həyata keçiriləcək. Layihə artıq hazırdır və ilin sonuna qədər təsdiq olunması üçün Bakı şəhər İcra Hakimiyyətinin başçısına təqdim olunacaq.

"Bu zonada evlərin sökülməsi və ya yenidən qurulması ilə bağlı işlər investorlar tapılan kimi həyata keçiriləcək. İşlər 20 ilə qədər davam edəcək", - Dövlətxanov deyib.

Xəbər lenti

Xəbər lenti